nutritionist

Modern Nutrition Aspects

nutritionist

Modern Nutrition Aspects

səhər

Pəncərədən gözə düşən günəşin
qamaşdırır gözlərimi.
Bu sabah Günəş olub
nur çilədin gözlərimə.
Bir az sonra sətir-sətir
bir az sevinc, bir az kədər
köçəcəksə sözlərimə,
Yenə də,səninlə başlayır səhər.

Xəyalımda yarpaq ətirli
xatirələrinin nəmi
bu sabah
qarışdırdı gözlərimin rəngini.
Bir az sonra qoxun, ətrin,
Bir az haqlı, bir az hədər,
düşəcəksə izlərimə,
Yenə də səninlə başlayır səhər.

Bu sabah başdan-ayağa,
bəm nota köklənmiş
pərdə üstəyəm,
Bu sabah sonsuzluğa əl edən
sonsuz bir arzuyam,
sonsuz istəyəm.
Arzu elə, istə məni,
Sən istəsən,
olar, bitər.
...Yenə də səninlə başlayır səhər.
.

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد